43 il ərzində 12 dəfə evlənib boşandılar - Səbəbi şok etdi

43 il ərzində 12 dəfə evlənib boşandılar - Səbəbi şok etdi

11-12-2024, 13:02
-

A

+

Avstriyada bir cütlük saxtakarlıq üsulu ilə hər kəsi təəccübləndirib. 

Söz.az xarici "Newseek" istinadən xəbər verir ki, haqsız qazanc əldə etmək üçün plan quran cütlüyün insanları deyil, ölkənin pensiya sistemini hədəfə aldığı bildirilib. 

Məlumata görə, son 43 ildə 12 dəfə evlənib boşanan cütlüyü araşdıran dövlət rəsmiləri son boşanma işində saxtakarlığı üzə çıxarıb.

Cütlüyün bu üsulla pensiya sistemindən ümumilikdə 326 min avro qazandığı üzə çıxıb və barələrində dələduzluq ittihamı ilə istintaq başladılıb. 

Ümumilikdə 13 dəfə evləndiyi iddia edilən qadının 1981-ci ildə birinci ərinin ölümündən sonra dövlətdən “dul pensiyası” almağa başladığı, daha sonra bir neçə yaş kiçik olan ikinci həyat yoldaşı ilə evləndiyi bildirilib. 

Altı il sonra, ərinin yük maşını sürücüsü işləməsi səbəbindən evliliklərini bitirdiyi və bu ayrılıq ilə hər yeni evliliyin təxminən üç il davam etdiyi bir evlilik-boşanma dövrü başladığı bəlli olub. 

Araşdırma aparan səlahiyyətlilər bildiriblər ki, cütlük əslində bütün proses boyunca birlikdə yaşamağa davam edib.

Qanuna görə, qadın hər boşandığı zaman dul pensiya almağa davam edib və evləndiyi hər yeni həyat yoldaşı üçün 27 min avro təzminat istəyib. İllərdir bu üsulla pul qazanan cütlüyün ümumilikdə 326 min avro qazandığı məlum olub.

Pensiya fondu ödəməniş etməkdən imtina etdikdə cütlük məhkəməyə müraciət edib, lakin Avstriya Ali Məhkəməsi mart ayında cütlüyün qanuni boşluqlardan istifadə etməsinin ədalətsiz olduğuna dair qərar çıxardıb. 


yuxarı