A
+Suriyada müxalifət qüvvələrinin Dəməşqə irəliləyişi zamanı Bəşər Əsədin ölkədən necə qaçdığı məlum olub.
Söz.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
İddiaya görə Əsədin qaçması Rusiyanın təşkil etdiyi gizli əməliyyatla baş tutub.
Bildirilib ki, Rusiya 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafi ilə bağlı hadisələrin Suriyada da baş verməsini istəməyib.
Rusiya kəşfiyyat rəsmilərinin Əsədin qaçışını təşkil edərək Suriyadakı Rusiya hava bazasından təyyarə ilə qaçmasına şərait yaratdığı, təyyarənin təhlükəsizliyini təmin etmək üçün transponderi söndürərək gizli şəkildə yola çıxdığı iddia edilib.