Suriyanın yenidən qurulmasının dəyəri məlum oldu

Suriyanın yenidən qurulmasının dəyəri məlum oldu

12-12-2024, 09:13
-

A

+

Müxalifət Dəməşqi ələ keçirdikdən və Əsəd rejiminin sona çatmasından sonra bütün gözlər Suriyanın yenidən qurulmasına çevrilib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının hesabatlarında ölkənin müharibədən sonrakı bərpası üçün tələb olunan büdcənin 400 milyard dolları keçə biləcəyi bildirilib.

"Vision of Humanity"-nin məlumatlarına görə, son münaqişələr istisna olmaqla, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkədəki yaşayış evlərinin 17,5 faizi dağıdılıb.

Hesablamalara əssən, münaqişə nəticəsində infrastruktura dəyən ziyan 118 milyard dollara yaxındır.

Dünya Bankının hesabatına görə, qeyri-neft iqtisadiyyatı, infrastrukturların dağıdılması, yanacaq və elektrik enerjisinə çıxışın azalması, biznesə inamın aşağı olması və ticarətin pozulması səbəbindən 52 faiz azalıb.

Suriyada əhalinin 69 faizi isə yoxsulluq həddində yaşayır. İqtisadiyyatın bərpası üçün ən azı 10 il lazım olduğu bildirilib.

yuxarı