A
+ABŞ-də iki yaşlı uşaq evdən silah tapıb və təsadüfən anasını vurub.
Söz.az “Daily Mail”-ə istinadən xəbər verir ki, faciəvi hadisə dekabrın 6-da Kaliforniya ştatının Fresno şəhərində baş verib.
Silahı Cessinya Minanın 18 yaşlı sevgilisi Endryu Sançes nəzarətsiz qoyub.
Həkimlər 22 yaşlı qadının həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Onun iki yaşlı oğlu ilə yanaşı, səkkiz aylıq körpəsi də olub.
Polis Endryu Sançes saxlasa da, daha sonra məhkəməyə qədər sərbəst buraxıb.
Sançes silahı düzgün saxlamamaqda və uşağın həyatını təhlükəyə atmaqda ittiham olunur.