A
+Rusiyanın Barnaul şəhərində tikinti materialları və tez alışan mayelərin saxlandığı təxminən 1000 kvadratmetr sahəsi olan anbarda güclü yanğın baş verib.
Söz.az xəbər verir ki, bu barədə RİA ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, yanğın qonşu tikililərə də keçə bilər.
Rusiya Fövqəladə Hallar Nazirliyindən yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq və yaxınlıqdakı obyektləri qorumaq üçün bütün zəruri resurslardan fəal şəkildə istifadə etdiyi bildirilib.
Hazırda zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.