Paşinyan soyuqdan donur! İqamətgahında...

Paşinyan soyuqdan donur! İqamətgahında...

12-12-2024, 14:41
-

A

+

Ermənistanın baş naziri Nikol Paşinyan dövlət büdcəsinin xərclərinin səmərəliliyi ilə bağlı müzakirələr zamanı hökumət iqamətgahının kifayət qədər isitilməməsindən şikayətlənib.

Söz.az "Vesti.ru"-ya istinadən xəbər verir ki, Paşinyan qışda donmamaq üçün qaz və qızdırıcılardan istifadə etməyə məcbur olduğunu bildirib.

O, Ermənistan hökumətinin iclasında "Bizim hökümət bağ evlərində mənzillər qışda düzgün qızdırılmır. Qazı yandırırıq, amma donuruq. Normal isinə bilmirik" deyib.

Baş nazir enerji istehlakında səhlənkarlıqla bağlı müşahidələrini də bölüşüb. Paşinyan qeyd edib ki, hökumət binasında heç bir görüş keçirilməyəndə belə işıqlar yanır.


yuxarı