A
+Suriyada 61 illik Bəəs rejiminin devrilməsindən sonra vəzifəyə başlayan yeni hökumət konstitusiya və parlamentin fəaliyyətini 3 aylıq keçid dövrü üçün dayandıracağını açıqlayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu müddət ərzində konstitusiyanı araşdırmaq və sonra düzəlişləri təqdim etmək üçün məhkəmə və insan hüquqları komitəsi yaradılacaq
Qeyd edək ki, noyabrın 27-də Suriyada Bəşər Əsədə qarşı əməliyyata başlayan silahlı müxalifət 12 gün ərzində 61 illik Bəəs rejimini devirdi.
Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük əldə ediblər.
Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut etdi.
Bəəs Partiyasının 61 illik hakimiyyəti sona çatarkən, rejim lideri Əsəd paytaxtdan qaçıb.