A
+ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı mübarizə variantlarını, o cümlədən ölkəyə önləyici hava zərbələri endirmək imkanlarını nəzərdən keçirir.
Söz.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, Trampın komandası hazırda İrana maksimum təzyiq strategiyası üzərində işləyir. Hazırlanmaqda olan strategiya iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə müşayiət olunan hərbi tədbirlərə əsaslana bilər.
Tramp, İranın nüvə inkişafından çox narahatdır.
ABŞ-nin yeni seçilmiş prezidenti bu barədə İsrailin baş naziri Benyamin Netanyahuya şəxsi söhbətində məlumat verib.