Xalq artisti sağalmaz xəstəliyə tutuldu

Xalq artisti sağalmaz xəstəliyə tutuldu

13-12-2024, 11:10
-

A

+

Rusiyanın Xalq artisti, məşhur sovet aktrisası Qalina Polskix xəstəxanaya tibbi yardım üçün müraciət edib. 

Söz.az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, müraciətə səbəb noyabrın sonunda yaranan döş qəfəsi nahiyəsində ağrı və nəfəs darlığı şikayətləri olub.

Həkimlər tibbi müayinədən sonra aktrisanın ağciyərlərində sağalmaz xəstəlik kimi xarakterizə edilən ağciyər fibrozu diaqnozuna səbəb olan dəyişiklikləri qeydə alıblar. 

Bu vəziyyət onda pnevmoniyadan əziyyət çəkdikdən sonra inkişaf edib. 

Qeyd edək ki, Qalina Polskix "Kölgələr günorta vaxtı yox olur", "Vəhşi it dinqo", "Maşın, skripka və it Blob" və s. kimi filmlərdən tanınır.



yuxarı