Xəstəxanada dəhşətli yanğın! Çox sayda ölü və yaralı var

Xəstəxanada dəhşətli yanğın! Çox sayda ölü və yaralı var

13-12-2024, 11:48
-

A

+

Hindistanda Tamil Nadu ştatının cənubundakı Dindiqul şəhərində özəl tibb klinikasında baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 32 nəfər yaralanıb.

Söz.az The Hindu-ya istinadən bildirir ki, hadisə dekabrın 12-də axşam saatlarında dörd mərtəbəli xəstəxana binasında baş verib.

6 nəfər dayanan liftdə köməksiz vəziyyətdə qalıb və tüstüdən zəhərlənərək ölüblər. 

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb, qalan xəstələr isə klinika əməkdaşları və yanğınsöndürənlər tərəfindən uğurla təxliyə edilib.

Hazırda yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.



yuxarı