A
+Məktəb tualetində yeniyetmələr tərəfindən qızın döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları “Səhlənkarlıq” maddəsi ilə cinayət işi açıb.
Söz.az REN TV-yə istinadən xəbər verir ki, cinayət işi şəxsiyyəti məlum olmayan məktəb işçilərinə qarşı iş açılıb.
Hüquq-mühafizə orqanlarındakı bildirib ki, məktəb işçilərinin şagirdlərə nəzarət vəzifələrini lazımınca yerinə yetirmədiyini göstərən məlumatlar var.
Eyni zamanda, hadisə ilə bağlı artıq məktəb direktoru, eləcə də 3 müəllim dindirilib.
Xatırladaq ki, dekabrın 9-da Moskva yaxınlığında yerləşən Kotelnikidəki məktəblərdən birinin tualetində yeniyetmə qızlardan ibarət qurp həmyaşıdını vəhşicəsinə döyüb.
Hadisə dekabrın 10-da zərərçəkənin anası polisə müraciət etdikdən sonra məlum olub. Döyülən qızın bacısı iddia edib ki, müəllimlər tualetdə baş verənlərdən xəbərdar idilər, lakin heç kimə məlumat verməyiblər.