A
+Rusiyanın Xalq artisti Boris Şerbakovun vəziyyəti kəskin pisləşib.
Söz.az "Mash"-a istinadən xəbər verir ki, aktyorda pnevmoniya irəliləyib.
Hazırda onun vəziyyəti ağırdır. O, reanimasiyaya köçürülüb.
Əvvəllər Şerbakov bir müddət öncə yıxıldıqdan sonra əməliyyat olunub və vəziyyəti yaxşılaşıb. Amma əməliyyatdan sonrakı dövrdə sətəlcəm və bədəndəki digər pozğunluqlarla bağlı yenidən səhhətində problem yaranıb.
Aktyor halsızlıqdan, ürəkbulanmadan şikayətlənir.