Milli komandanın sabiq məşqçisi həbs edildi

Milli komandanın sabiq məşqçisi həbs edildi

Dünən, 16:41
-

A

+

Çində futbol üzrə milli komandanın keçmiş məşqçisi Li Ti rüşvətxorluq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, Hubey əyalətində keçirilən məhkəmə prosesində Linin 2019-2021-ci illərdə milli komandada çalışdığı zaman müəyyən klublardan oyunçuları seçib oynatmaq müqabilində 50 milyon yuan (təxminən 6,8 milyon dollar) rüşvət aldığını bildirib.

Onun həmçinin Milli komandanın baş məşqçisi olmaq üçün 3 milyon yuan (təxminən 410 min dollar) rüşvət verdiyi bildirilib. 

Keçmiş futbolçu olan Li Çində başlayan futbolçu karyerasını İngiltərənin “Everton” və “Şeffild Yunayted” klublarında davam etdirib.


yuxarı