A
+Tailandda Qırmızı Xaç təşkilatının xeyriyyə yarmarkasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 40 nəfər yaralanıb.
Söz.az xəbər verir ki, bu barədə “Thairath” qəzeti məlumat yayıb.
Hadisə dekabrın 13-də axşam saatlarında baş verib. Partlayışı törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Partlayıcı qurğunu 16 və 17 yaşlı gənclərin işə saldığı bildirilib.
Faciənin baş verdiyi Tak əyaləti hazırda vəziyyətin nizamlanmadığı Myanma ilə sərhəddə yerləşir.