A
+Suriyada orduya məcburi çağırışın ləğv edilməsi planlaşdırılır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Suriyadakı yeni hakimiyyətin lideri Əbu Məhəmməd əl-Culani (Əhməd əl-Şara) “Əl-Hədas” telekanalında deyib.
“Suriyada orduya məcburi çağırış olmayacaq”, - deyə o, vurğulayıb.
Bundan əlavə, onun sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları bütün mövcud qrupları ləğv etməyi və silahları yalnız dövlət nümayəndələrinin əlində cəmləşdirməyi planlaşdırır.
Yerli əhalinin maaşlarının 400 faiz artırılması məsələsinə də baxılacaq.
Bundan əvvəl Suriyanın yeni hakimiyyət orqanlarının bir sıra dövlətlərlə müdafiə sazişləri bağlamağı planlaşdırdığı bildirilib.