A
+Suriya Mərkəzi Bankı Bəşər Əsədin sədrliyi ilə Moskvaya milyonlarla dollar və avro dolu bir neçə təyyarə göndərib.
Söz.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) nəşri məxfi sənədlərə istinadən məlumat yayıb.
Həmin vaxt Suriyada ciddi valyuta qıtlığının olduğu iddia edilir. Bu məlumatı təsdiqləyən mənbənin sözlərinə görə, 2018-2019-cu illərdə ehtiyatlar demək olar ki, sıfır olub.
Buna baxmayaraq, Əsəd hökuməti Moskvaya 100 dollar və 500 avro nominalında iki ton əskinas göndərib.
Ümumilikdə bu pul 250 milyon dollara bərabər olub.
Qeyd edək ki, bundan əvvəl Suriya prezidenti vəzifəsindən istefa verən Bəşər Əsəd Moskvaya uçub. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Əsəd ölkədəki silahlı münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstərişlər verib.