Qayıq batdı! Çox sayda ölü var

Qayıq batdı! Çox sayda ölü var

16-12-2024, 09:43
-

A

+

Nigeriyanın Benue əyalətində sərnişinləri daşıyan qayıq batıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər həyatını itirib.

Benue polisinin sözçüsü Ketrin Anen açıqlamasında 11 nəfərin xilas edildiyini bildirib. 

Xilas edilənlərin xəstəxanaya göndərildiyini bildirən Anen bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini deyib. 



yuxarı