A
+Dekabrın 16-da Sovetskaya Qavan-Vladivostok arasında hərəkət edən sərnişin qatarı Xabarovsk diyarında dəmir yolu keçidində yük maşınına çırpılıb.
Söz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qatarın maşinisti təcili əyləcdən istifadə etsə də, məsafə yetərli olmayıb və toqquşma baş verib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Qatarlar iki saat yarıma qədər gecikmə ilə hərəkət edib.