A
+Suriyanın devrilmiş lideri Bəşər Əsəd Moskvada lüks içində yaşayır.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə Londondakı bank hesabında 70 milyon dollar olduğu ortaya çıxan Əsədin Moskvanın dəbdəbəli göydələrində 18 mənzilinin olduğu iddia edilib.
İngiltərə mətbuatında bank sektorundan qaynaqlara əsaslanan xəbərə görə, Əsədin sərvətinin suriyalılara qaytarılması üçün işlərə başlanılıb.