A
+Rusiyal; reper Liqalayz axtarışa verilib.
Söz.az "SHOT"-a istinadən xəbər verir ki, Rusiyanı tərk edən ifaçı geridə yarım milyon rubldan çox kredit və vergi qoyub.
Məlumata görə, 612 min rubl borcuna görə 47 yaşlı Andrey Menşikova (musiqiçinin əsl adı) qarşı icra prosesi açılıb.
Qeyd olunub ki, məbləğ Menşikovun Rusiya vergi orqanlarına və bank kreditlərinə görə borcudur.
Qeyd edək ki, reper ötən il Rusiyanı tərk edərək Litvaya köçüb.