A
+Çində təntənəli toy mərasimi kabusa çevrilib.
Söz.az "Sohu" saytına istinadən xəbər verir ki, Henan əyalətində yaşayan adı açıqlanmayan 27 yaşlı kişi tanışlıq proqramları sayəsində 31 yaşlı qadınla münasibət qurub.
Qadın hər görüşdə o qədər gözəl görünüb ki, heyran qalan kişi aralarındakı yaş fərqinə əhəmiyyət verməyib. Valideynlərinin təkidi və təzyiqi ilə qısa müddətdə nişanlanan cütlük evlənmək qərarına gəlib.
O, toy gününə 168 min yuan xərcləyib. Lakin toy bitdikdən sonra bəy məyus olub.
Gəlin paltarını çıxaranda boynundakı və üzündəki dəri rəngi çox fərqli görünüb.
Makiyajını silən qadın tamamən fərqli insana çevrilib.
Kişi ertəsi gün yollarını ayırmaq üçün boşanma ərizəsi verib.