Bu ölkə Suriyadan 30 milyard dollarlıq borcunu geri istəyir

Bu ölkə Suriyadan 30 milyard dollarlıq borcunu geri istəyir

Bu gün, 11:42
-

A

+

Suriyada 61 illik Bəəs rejimi təxminən 14 illik daxili qarşıdurmadan sonra Əsədin devrilməsi ilə sona çatıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu prosesdə Əsədin ən böyük dəstəkçilərindən biri də İran olub.

B.Əsədin Moskvaya qaçması və hakimiyyətin müxalifət tərəfindən ələ keçirməsi Suriyada tarazlığı pozub. Hadisələr fonunda İran Suriyaya qarşı münasibətini dəyişib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqey bildirib ki, İranın Suriyadakı mövcudluğu te*rorla mübarizəyə görədir. Suriya səfirliyinin tezliklə fəaliyyətə başlayacağını açıqlayan İran rəhbərliyi Suriyadakı yeni hökumətdən 30 milyard dollara çatdığı iddia edilən borcunu tələb edib.


yuxarı