A
+Rusiya prezidenti Vladimir Putin Moskvaya sığınan Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə bağlı açıqlamalar verib.
Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, Rusiya lideri Bəşər Əsədlə görüşəcəyini bildirib.
"Əsəd Moskvaya gələndən bəri onunla görüşməmişəm, amma görüşməyi planlaşdırıram. Mən Əsədin Suriyada itkin düşmüş ABŞ jurnalisti Austin Ticeni tanıdığını düşünmürəm, amma görüşəndə ondan jurnalistin taleyini soruşacağam" deyib.
"Suriyadakı bütün qruplarla əlaqə saxlayırıq. Suriyada terror zonasının yaranmasının qarşısını almaq üçün qabaqcıl bir müdaxilə etdik və bütün məqsədlərimizə çatdıq. Suriyadakı hərbi bazalarımızı tərk edib-etməyəcəyimizi bilmirəm, bu, bizim maraqlarımızın yeni administrasiya ilə nə dərəcədə uyğun olacağından asılıdır", - deyə Vladimir Putin bildirib.