Bəşər Əsədə daha bir zərbə! Həyat yoldaşı...

Bəşər Əsədə daha bir zərbə! Həyat yoldaşı...

20-12-2024, 08:05
-

A

+

İki həftə əvvəl müxalifətin keçirdiyi əməliyyatdan sonra Dəməşqdən Rusiyaya qaçan Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2000-ci ildə evləndiyi həyat yoldaşı Esma Əsəddən zərbə alıb.

Söz.az "HaberTürk"ə istinadən xəbər verir ki, Londonda doğulan, ailə qurduqdan sonra Suriyaya köçərək bankçılıq karyerasını yarımçıq qoyan Esma Esadın Moskvadakı yaşayış şərtlərindən razı olmadığı və Londona getmək üçün boşanmaq istədiyi bildirilib. 

Rusiyada ciddi nəzarəti altında olan Bəşər Əsədin isə ölkəni tərk etməsinə icazə verilmir.

Onun sığınacaq tələbi Rusiya tərəfindən sərt məhdudiyyətlərə məruz qaldığı və hər hansı siyasi fəaliyyətlə məşğul olmasına qəti şəkildə qadağa qoyulduğu qeyd edilib.

Digər tərəfdən, Bəşər Əsədin aktivlərinə və pullarına çıxışı da dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi imkanlarını məhdudlaşdırıb.


yuxarı