Qatar avtobusla toqquşdu - Yaralılar var

Qatar avtobusla toqquşdu - Yaralılar var

20-12-2024, 12:20
-

A

+

Türkiyədə yük qatarının mikroavtobusa çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.

Söz.az "Haberler.com"-a istinadən xəbər verir ki, hadisə Kırklarelinin Babaeski rayonunda baş verib. 

Qəzada yaralanan 2 nəfər sağlamlıq qrupları tərəfindən Babaeski Dövlət Xəstəxanasına aparılıb.

Yoxlama işlərindən sonra qatar Alpullu Qatar Stansiyasına aparılıb. Mikroavtobus ərazidən uzaqlaşdırılıb.



yuxarı