A
+ABŞ prezidenti Co Bayden edam cəzasına məhkum edilmiş 37 məhbusun cəzasını yüngülləşdirməyə qərar verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytı dekabrın 23-də məlumat yayıb.
Məlumatda deyilir:
“Bu gün ölüm hökmündə olan 40 nəfərdən 37-nin cəzasını azad edilmək imkanı olmadan ömürlük həbslə əvəz etdim”.
Amerika prezidenti cinayətkarların əməlləri nəticəsində yaxınlarını itirən ailələrə də başsağlığı verib, qurbanlar üçün kədərləndiyini bildirib.
Qeyd edək ki, dekabrın 1-də Bayden qeyri-qanuni silah saxlama, narkotik vasitələrdən istifadə və vergidən yayınmada ittiham olunan oğlu Hanterin əfv edilməsi haqqında fərman imzalayıb.