Taksi sürücüsü maşını piyadaları vurdu - Yaralılar var

Taksi sürücüsü maşını piyadaları vurdu - Yaralılar var

26-12-2024, 07:36
-

A

+

Nyu-Yorkun Herald meydanında taksi sürücüsü maşını piyadaların üzərinə sürüb. 

Söz.az "Fox News"-a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

"New York Post" qəzetinin məlumatına görə, qurbanlar arasında beş qadın və bir doqquz yaşlı oğlan var. Üç yaralı xəstəxanaya çatdırılıb, digər zərərçəkənlər xəstəxanaya yerləşdirməkdən imtina ediblər.

Taksi sürücüsünün avtomobil hərəkətdə olarkən infarkt keçirdiyi güman edilir. Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin olaraq qəzanı bədbəxt hadisə olduğunu bildiriblər. 


yuxarı