Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

26-12-2024, 08:37
-

A

+

Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Söz.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 07:28-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 30 kilometr olub.

Qeyd edək ki, gecə saatlarında da Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.


yuxarı