Təyyarə qəzasında həlak olan 13 yaşlı məktəblinin FOTOSU

Təyyarə qəzasında həlak olan 13 yaşlı məktəblinin FOTOSU

26-12-2024, 11:01
-

A

+

Aktau yaxınlığında baş verən təyyarə qəzasında ölənlərdən biri 13 yaşlı məktəbli olub.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Bakının Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb məlumat yayıb.

Eqanov Məhəmmədəli Fərid oğlu bu məktəbin 8D sinif şagirdi olub. Xətai rayonunda yaşayıb. 

Yeniyetmənin anası milliyyətcə çeçendir. Onun yeni ili qeyd etmək üçün Qroznıya uçduğu bildirilir. Məlumata görə, onunla birlikdə təyyarədə yaxınlarından heç kim olmayıb.

O, dünən xəstəxanada dünyasını dəyişib. Onun 13 yaşı olub.

Qeyd edək ki, təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

yuxarı