Aviaşirkət sisteminə kiberhücum! Uçuşlar təxirə salındı

Aviaşirkət sisteminə kiberhücum! Uçuşlar təxirə salındı

Dünən, 11:25
-

A

+

"Japan Airlines" (JAL) öz daxili və xarici sistemlərini birləşdirən şəbəkəyə kiberhücum edildiyini və bu səbəbdən bəzi reyslərin təxirə salındığını bildirib.

Söz.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. 

Kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşlar da mənfi təsir etdiyi vurğulanıb.

Problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün işlərin aparıldığı bildirilib.

Kiberhücumun uçuşlara daha çox təsir göstərə biləcəyi, lakin təhlükənin olduğu güman edilən sistemin müvəqqəti olaraq bağlana biləcəyi ifadə edilib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa hücumdan təsirlənən müştərilərin şikayətlərini aradan qaldırmaq üçün aviaşirkətdən sistemlərindəki problemin mümnük qədər tez həə edilməsini tələb edib.

Digər tərəfdən, Yaponiyada digər aviaşirkətlərin sistemlərində heç bir problem olmadığı vurğulanıb.


yuxarı