A
+Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdən biri baş verən hadisənə danışıb.
Söz.az “izvestiya”-ya istinadən xəbər verir ki, Uvays Ediyev təyyarənin yerə çırpılması zamanı huşunu itirdiyini bildirib. Onun sözlərinə görə, o, qəzadan sağ çıxa biləcəyini ağlına belə gətirməyib.
“Təyyarədən necə çıxdığımı xatırlamıram. Huşumu itirmişdim. Təbii ki, ölümün üzünə baxmaq qorxulu idi”, - deyə Ediyev bildirib.