Bakı-Qroznı reysinə buraxılmadılar, sağ qaldılar

Bakı-Qroznı reysinə buraxılmadılar, sağ qaldılar

Dünən, 12:01
-

A

+

Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinə Tacikistandan olan iki nəfər, Furqat Xamorkulov və Ruxşona Sidikova buraxılmayıb.

Söz.az "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, onlardan başqa eyni reysə daha iki Tacikistan sakini isə təyyarəyə buraxılıb.

Onlardan 1995-ci il təvəllüdlü Zinatulla Saydulloyev qəzada həlak olub. 1976-cı il təvəllüdlü Sübxon Rəhimov isə sağ qalıb.


yuxarı