A
+Moskva metrosunun yeraltı keçidində iki nəfər arasında münaqişə bıçaqlanma ilə nəticələnib.
Söz.az REN TV-yə istinadən xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, “Dinamo” və “Petrovski parkı” stansiyaları arasındakı keçiddə qəfildən iki kişi arasında münaqişə yaranıb.
Onlar əvvəlcə mübahisəni əlbəyaxa dava ilə həll etmək istəyiblər, lakin daha sonra tərəflərdən biri bıçağa əl atıb.
Bir neçə sərnişin zərərçəkənin köməyinə qaçıb. Hücum edən şəxs qısa müddətdə polis tərəfindən saxlanılıb.
“Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və o, ciddi xəsarət alıb.
Şübhəli şəxs həbs edilib.