Məktəb yeməkxanasının işçisi 12 şagirdi vərəmə yoluxdurdu

Məktəb yeməkxanasının işçisi 12 şagirdi vərəmə yoluxdurdu

Dünən, 14:08
-

A

+

Rusiyanın Primorski diyarının sakini 12 uşağı vərəmə yoluxdurub. 

Söz.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” "Telegram" kanalında məlumat yayıb.

Qadın tibbi müayinədən keçmədən məktəbin yeməkxanasında işə düzəlib. Onda vərəmin açıq forması olub. 

Qadın işə qəbul zamanı işçi saxta sənədlər təqdim edib.

Təkcə qadının özü deyil, onu işə götürən fərdi sahibkar və saxta tibbi arayış verən tibb işçisi də məhkəmə qarşısına çıxarılıb.


yuxarı