Esma Əsədin sağ qalma şansı 50 faizdir

Esma Əsədin sağ qalma şansı 50 faizdir

Dünən, 14:39
-

A

+

Suriyanın devrilən lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsəd boşanmaq istədiyi iddialarından sonra səhhəti ilə gündəmə gəlib. 

Söz.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan məlumatda may ayında diaqnozu qoyulan və müalicə olunan Əsədin yenidən leykoz xəstəsi olduğu bildirilib. 

Xəbərə görə, həkimlər ağır xəstəliyi olan E.Əsədin sağ qalma şansının  50 faiz olduğunu açıqlayıb. 

Mətbuata danışan başqa bir mənbə isə Əsədin həyat yoldaşının ölmək üzrə olduğunu bildirib.

Esma Əsədin rejimin devrilməsindən sonra sığındıqları Rusiyanın paytaxtı Moskvada təcrid olunduğu və müalicəsinin davam etdiyi bildirilib. 

Əsədin inqilabdan əvvəl Rusiyaya müalicə almaq üçün getdiyi iddia edilib.


yuxarı