Həbsxanada çaxnaşma! Məhbuslar qaçdı - ÖLƏNLƏR VAR

Həbsxanada çaxnaşma! Məhbuslar qaçdı - ÖLƏNLƏR VAR

Dünən, 14:46
-

A

+

Cənub-Şərqi Afrika ölkəsi Mozambikdəki həbsxanada baş verən iğtişaşda 1534 məhbus qaçıb.

Söz.az İHA-ya istinadən xəbər verir ki, həbsxanada baş verən qarşıdurmalarda ən azı 33 nəfər ölüb, 15 nəfər yaralanıb.

Mozambikin Azadlıq Cəbhəsinin (FRELIMO) namizədi Daniel Çaponun qalib gəldiyi mübahisəli prezident seçkilərindən sonra küçələrdə çaşqınlıq davam edir. 

Paytaxt Maputoda keçirilən etiraz aksiyaları zamanı həbsxanada iğtişaş baş verib. Polis rəisi Bernardino Rafael açıqlamasında bildirib ki, iğtişaşlara həbsxana qarşısında hökumət əleyhinə etirazlar səbəb olub. 

O, həbsxana qarşısında mühafizəçilərlə toqquşmalarda 1534 məhbusun qaçdığını, 33 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib. 

Polis rəisi daha sonra 150 məhbusun saxlanıldığını açıqlayıb. 

"Mozambiklilər və təhlükəsizlik qüvvələri olaraq narahatıq. Önümüzdəki 48 saat ərzində cinayət nisbətinin artmasını gözləyirik", - deyə Bernardino Rafael vurğulayıb.

Qeyd edilib ki, məhkumların mühafizəçiləri zərərsizləşdirdiyi, AK-47 tüfənglərini müsadirə edərək həbsxanadan qaçmağı bacardıqları bildirilib.


yuxarı