Sabiq baş nazir vəfat etdi

Sabiq baş nazir vəfat etdi

27-12-2024, 09:26
-

A

+

Hindistanın keçmiş baş naziri Manmohan Sinq dekabrın 26-da Yeni Dehlidə 92 yaşında vəfat edib, 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bütün Hindistan Tibb Elmləri İnstitutu məlumat yayıb.

Bildirilib ki, Sinq evdə qəflətən huşunu itirib. Xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilən eks-baş naziri xilas etmək mümkün olmayıb.

Hindistanın baş naziri Narendra Modi siyasətçinin vəfatı ilə bağlı başsağlığı verib. 

Qeyd edək ki, Manmohan Sinq 2004-2014-cü illərdə Hindistanın baş naziri vəzifəsində çalışıb.

yuxarı