A
+Nigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplara qarşı əməliyyat zamanı orduya məxsus hərbi təyyarə təsadüfən iki kənddə mülki vətəndaşları güllələyib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatoru Əhməd Aliyu məlumat verib.
“Hərbi təyyarələr əyalətdə silahlı qrupları zərərsizləşdirmək üçün vəzifələrini yerinə yetirirdi. Onlar təsadüfən günahsız insanları bombaladılar”, - deyə o bildirib.
Qeyd edək ki, silahlı təşkilatlar səbəbiylə zorakılıq hadisələrinin yaşandığı Nigeriyada ordu keçən ay Niger və Malidən ölkənin şimal-qərbinə sızan yeni silahlı qrupla bağlı xəbərdarlıq edib.