A
+Kosovoda meymun çiçəyinə ilk yoluxma halı aşkarlanıb.
Söz.az "Haber Global"-a istinadən xəbər verir ki, Kosovo Milli İctimai Sağlamlıq İnstitutu Afrikadan yeni qayıdan 30 yaşlı Kosovo vətəndaşında meymun çiçəyi virusunun aşkar edildiyini açıqlayıb.
Qurumdan verilən açıqlamada, “30 yaşlı Kosovo vətəndaşı Qərbi Afrikadakı ölkələrdən birindən qayıtdıqdan sonra dekabrın 24-də klinikaya yerləşdirilib. Xəstədə yüksək hərarət, titrəmə, üz və əllərdə zədələnmələr, qaşınma şikayətləri olub".
Açıqlamada xəstənin səhhətinin stabil olduğu, səlahiyyətlilərin onun ailə üzvlərini və təmasda olduğu bütün şəxsləri axtardığı və ehtiyat tədbirlərinin görüldüyü qeyd edilib.