3 kilo qızılı görün harada gizlətdi

3 kilo qızılı görün harada gizlətdi

Dünən, 12:12
-

A

+

Rusiyanın Maqadan vilayətində 23 yaşlı yerli sakin zibilxanada üç kiloqram qızıl gizlədib.

Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Susuman şəhərində ümumi çəkisi 3 kiloqramdan və dəyəri 21,2 milyon rubldan çox olan 6 ədəd qeyri-standart qızıl və gümüş külçəsi alıb.

O, bu külçələri Qəsəbələrarası məişət tuallantılarının məhv edildiyi poliqonunun ərazisində gizlədib.

Bir neçə aydan sonra qiymətli metalları çıxararaq rayon mərkəzinə gətirib və orada polis əməkdaşları tərəfindən saxlanılıb. 

Həmin şəxsdən külçələr götürülüb.

Saxlanılan şəxs barəsində qanunsuz olaraq külli miqdarda qiymətli metalların saxlanması maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş mahiyyəti üzrə baxılması üçün Susumanski Rayon Məhkəməsinə göndərilib.


yuxarı