Təyyarə qəzası ilə bağlı onları mükafatlandırdı - FOTO

Təyyarə qəzası ilə bağlı onları mükafatlandırdı - FOTO

28-12-2024, 14:13
-

A

+

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Aktauda təyyarənin qəzaya uğradığı yerdə işləyən xilasedicilər və həkimlər mükafatlandırılmalıdırlar.

Söz.az REN TV-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilib:

“Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala bildik və bir çox insanın həyatını xilas edə bildik”.

Tokayevin sözlərinə görə, bütün dünya qazaxıstanlı xilasedicilərin, həkimlərin və könüllülərin fədakar əməyinin şahidi olub. 

Təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı ən çox fərqlənən vətəndaşlara isə dövlət mükafatları təqdim olunacaq. Müvafiq göstəriş respublika hökumətinə göndərilib.

Qasım-Jomart Tokayev həmçinin Aktauda baş verən təyyarə qəzasının obyektiv araşdırılması üçün əlindən gələni edəcəyini deyib.

 

yuxarı