Qəzaya uğrayan təyyarədəki sərnişinlərdən birinin meyiti tapılmayıb

Qəzaya uğrayan təyyarədəki sərnişinlərdən birinin meyiti tapılmayıb

28-12-2024, 14:23
-

A

+

"Cəsəd hələ də tapılmayıb. Bizə dedilər ki, gəlib morqda meyiti özünüz müəyyənləşdirməlisiniz".

Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, bu sözləri Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"-nın sərnişini Anar Babayevin qohumu deyib. 

Onun sözlərinə görə, Anar Babayevin atası Zöhrab bəy şənbə günü Qazaxıstana uçub.

Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub. Onlardan 29-u sağ qalıb, 38 sərnişin isə həlak olub.

yuxarı