A
+Bu ilin yayında opera ifaçısı Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov boşandıqlarını açıqlayıblar.
Söz.az xəbər verir ki, cütlük həmin vaxt birgə bəyanatla çıxış edərək "on illik xoşbəxt evlilikdən sonra ayrılmaq qərarına gəldik. Biz yaxın dost olaraq qalırıq...”, - deyə birgə bəyanat yayıblar.
Cütlüyün əslində hansı səbəbdən boşanmaq qərarına gəldiyini Yusif Eyvazov 6 ay sonra NEWS.ru-ya müsahibəsində ilk dəfə danışıb.
"Görünür, həyatda elə olur ki, nəsə bitir və siz onu dəyişdirə bilmirsiniz. Bir anda biz bir az fərqli maraqlar və fərqli həyatlar yaşadığımızı səmimi şəkildə başa düşdük. İnanın ki, bunun səbəbi budur. Konkret olaraq münasibətə, evliliyə gəldikdə - bəli, bunu dayandırmaq üçün səbəb budur", - deyə Xalq artisti bildirib.