A
+Nigeriyanın Ondo əyalətində ağır nəqliyyat hadisəsi baş verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində 13 nəfər ölüb, çox sayda sərnişin yaralanıb.
Xəstəxanaya çatdırılan yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Bu səbəbdən də ölü sayının artacağı ehtimal edilir.