A
+ABŞ prezidenti Co Bayden ölkənin keçmiş prezidenti Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini milli matəm günü elan edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı bəyanat Ağ Evin saytında dərc olunub.
Hazırkı Amerika prezidenti həmçinin ölkə hüdudlarından kənarda yerləşən hərbi bazalar və diplomatik nümayəndəliklər də daxil olmaqla, hökumət binalarında 30 gün ərzində ABŞ bayraqlarının yarıya endirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, bu gün ABŞ-nin 39-cu prezidentinin 100 yaşında dünyasını dəyişdiyi məlum olub. O, evində vəfat edib.