Təyyarə məcburi eniş etdi

Təyyarə məcburi eniş etdi

30-12-2024, 09:57
-

A

+

Özbəkistanın Fərqanə şəhərindən Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pis olması səbəbindən Daşkənd beynəlxalq hava limanına məcburi eniş edib. 

Bu barədə Özbəkistan Hava Limanlarının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus SU1971 reysi ilə Fərqanə-Moskva reysi üzrə uçan təyyarə Daşkənd hava limanına məcburi eniş edib, buna səbəb sərnişinlərdən birinin səhhətində problem yaranmasıdır", - deyə bildirilib.

Mətbuat xidməti əlavə edib ki, təyyarə eniş etdikdən sonra 1954-cü il təvəllüdlü sərnişin Daşkənddəki tibb müəssisələrindən birinə insult şübhəsi ilə xəstəxanaya yerləşdirilib və Rusiya aviadaşıyıcısının təyyarəsi Moskvaya uçub.


yuxarı