Bir dövr bitir, "Beta" nəsli gəlir

Bir dövr bitir, "Beta" nəsli gəlir

30-12-2024, 10:22
-

A

+

2025-2039-cu illər arasında doğulan uşaqlar Beta nəslinin üzvü olacaqlar. 

Söz.az xəbər verir ki, bu barədə "The New York Post"-a sosioloq və futuroloq Mark Makrindl məlumat verib.

Məqalədə deyilir ki, “Beta nəsli” insanlar ciddi problemlərlə mübarizə aparan dünyanı miras alacaqlar. Bu problemlər arasında sürətli urbanizasiya, iqlim dəyişikliyi və qlobal demoqrafik dəyişikliklər yer alır.

Bundan əlavə, həmin şəxslər süni intellektin və avtomatlaşdırmanın gündəlik həyata tam inteqrasiya olunduğu bir dövrdə yaşayacaq. 

Bunlar təhsil və işdən tutmuş səhiyyə, əyləncə sənayesinə qədər insan həyatının bütün sahələrinə təsir edəcək.

2035-ci ilə qədər beta nəslinin insanları Yer kürəsinin ümumi əhalisinin təxminən 16 faizini təşkil edəcək.

Qeyd edək ki, alfa nəsli 2010-2024-cü illər arasında doğulmuş insanlara şamil edilir. 

yuxarı