A
+Çoxsaylı plastik əməliyyatları ilə məşhurlaşan "Pişik qadın" ləqəbli Cosliv Vildenşteyn 84 yaşında vəfat edib.
Söz.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Vildenşteyn Parisdə qan laxtalanması nəticəsində dünyasını dəyişib.
O, ilk dəfə 1990-cı illərin sonunda milyarder əri Alek Vildenşteyndən boşandığı zaman məşhurlaşıb.
Vildenşteyn ilk dəfə evliliyi dövründə plastik əməliyyat etdirməyə başlayıb. İddiaya görə, qadının həyat yoldaşı pişikləri sevib. Məhz buna görə də, Cosliv pişiyə bənzəmək istəyib.
Bir sıra plastik əməliyyatların başlanmasının başqa bir versiyası isə Vildenşteynin ev heyvanı kimi onlarla birlikdə yaşayan vaşaq kimi görünmək istəyi olub.
Eyni zamanda, qadın xüsusi görünüşünün, pişik gözləri və yüksək yanaq sümüklərinin nənəsindən miras qaldığını iddia edib.