Bəşər Əsədi zəhərlədilər

Bəşər Əsədi zəhərlədilər

2-01-2025, 13:14
-

A

+

Suriyada müxalif qüvvələrin əməliyyatı nəticəsində devrilən və Rusiyaya qaçan ke,mi. prezident Bəşər Əsədə qarşı sui-qəsd olduğu iddia edilib.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatının adını açıqlamayan Rusiya rəsmilərinə əsaslanan iddialarına görə, Əsəd qaçdığı Moskvada ölümdən dönüb.

Bildirilib ki, Əsədi Moskvada zəhərləyiblər. 

Onun şiddətli öskürməyə başladığı və nəfəs ala bilmədiyi vurğulanıb. 

Sui-qəsd cəhdi ilə bağlı iddialar Rusiyanın "General SVR" "Telegram" hesabında da yer alıb. 

Hesabdan edilən paylaşımda, "Bəşər Əsədə qarşı sui-qəsd edildiyinə dair ciddi şübhələr var. Əsəd bazar günü günortadan sonra cangüdənlərinə özünü pis hiss etdiyini və nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Mühafizəçilərindən tibbi yardım istəyib.

Bu tələbdən dərhal sonra Əsəddə kəskin öskürək başlayıb və nəfəs almaqda çətinlik çəkib. Ona su verilib və vəziyyət qismən nəzarət altına alınıb. Lakin nəfəsi tam normallaşmayandan sonra yanına həkimlər çağırılıb. Həkimlər Əsədin yanına gedəndə onun vəziyyəti daha da ağırlaşıb. Onun olduğu yerdə müalicə üçün sağlamlıq qrupları göndərilib”, - deyə bildirilib. 

Son məlumata görə, Əsəd evində müalicə olunub. Onun vəziyyətinin bazar ertəsi günü stabilləşdiyi bildirilib. İddia edilib ki, analizlər onun bədənində zəhər olduğunu göstərib.

Məsələ ilə bağlı Kremldən açıqlama verilməyib.



yuxarı