A
+Britaniyada 52 ildir itkin düşən qadın sağ-salamat tapılıb.
Söz.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, britaniyalı qadın Şeyla Foks 16 yaşında, 1972-ci ildə Qərbi Midlend ştatının Koventri şəhərində yoxa çıxıb.
Bir neçə gün əvvəl polis "Axtarılır" bölməsində 16 yaşlı Şeyla Foksun şəklini yenidən yayımlamaq qərarına gəlib.
Məhz fotonun yayımlanmasından bir neçə saat sonra polisə hazırda 68 yaşı olan itkin qadının yerini bildirən zəng daxil olub.